9 noyabr 2016 00:05
Qurbanov doğma şəhərində tarixi qələbəyə şahidlik etdi
Birinci Divizionun 10-cu turu çərçivəsində keçirilmiş "Zaqatala" - "Energetik" oyununu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da canlı izləyib. Azerisport.az xəbər verir ki, o, doğma şəhərinə səfər çərçivəsində ilk məşqçisi olmuş Şaban Şirdanovla görüşüb, eləcə də Zaqatalanın eyniadlı komandasına dəstək olub.
Qeyd edək ki, "Zaqatala"nın prezidenti Qurbanın qardaşı, digər sabiq futbolçu Musa Qurbanovdur. Bu komanda "Energetik"lə qarşılaşmada 10:0 hesablı qələbəyə sevinib.
