8 noyabr 2016 20:00
Roman Qriqorçuk: Hələ rəqib tapmamışıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə dövründəki planları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç gün sonra toplaşacağıq. Bir yoxlama oyunu keçirmək istəyirik. Amma hələ rəqib tapmamışıq. Tapa bilməsək belə, buna sakit yanaşacağıq. İstisna deyil ki, gənclərdən ibarət komandamızla qarşılaşacağıq. Belə olan halda əvəzedici qüvvəmizi də görmək imkanım olacaq. Bu, bizim xeyrimizə olacaq".
