8 noyabr 2016 19:30
Şimali İrlandiya - Azərbaycan matçında anşlaq olacaq
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçında anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, bu qarşılaşma üçün satışa çıxarılan bütün biletlər demək olar ki, satılıb.
Hazırda satışda yalnız premium-biletlər qalıb ki, onların da qiyməti 65 və 80 funt sterlinqdir (135 və 167 AZN).
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-də Belfastda 18 614 azarkeş tutumuna malik "Uindzor Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
