8 noyabr 2016 19:00
Neftçi yoxlama oyunu üçün rəqib tapdı
"Neftçi" Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdiyi oyundan sonra istirahətə yollanıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu noyabrın 9-na kimi istirahət edəcək.
Ondan sonra komanda növbəti turda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığına start verəcək.
Qeyd edək ki, "ağ-qaralar" noyabrın 12-də əvəzedici komandası ilə yoxlama oyunu keçirəcək.
