8 noyabr 2016 18:00
Azərbaycan - Almaniya matçının yeri dəyişdirildi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun məkanı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu görüş öncədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda yox, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq:
Bunu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov söyləyib. Onun sözlərinə görə, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə qarşılaşmanın ölkənin ən böyük arenasında yox, mərkəzi stadionda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Azərbaycan - Almaniya matçı gələn il martın 26-da keçiriləcək.
