8 noyabr 2016 17:30
Qurban Qurbanov Qarabağın oyunçularını istirahətə göndərdi
"Qarabağ" Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı oyundan sonra istirahətə çəkilib. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar baç məşqçi Qurban Qurbanov futbolçularına noyabrın 10-na kimi istirahət verib.
Ağdam klubu 12-ci tur çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlığına məhz həmin gündən etibarən start verəcək.
