Rəşad Sadıqov: Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik
Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim üçün çox vacib oyundur. Çünki bizimlə ikinci yer uğrunda mübarizə aparan bir rəqibə qarşı oynayacağıq. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Şimali İrlandiyaya qarşı DÇ-2014-ün seçmə mərhələsində oynamışdıq. O vaxt onlarla səfərdə bərabərə qalmışdıq, evdə isə qalib gəlmişdik. Rəqib hər iki oyunda güclü təsir bağışlamışdı, sadəcə, biz ələ düşən şanslardan yaxşı yararlanmışdıq. İndi də səfərdə bizi çətin matç gözləyir. İstənilən rəqiblə oyuna ciddi yanaşmaq lazımdır. Əks halda cəzalana bilərik. Yığmamızın və "Qarabağ"ın oyunları ətrafındakı ajiotaja gəlincə, buna şadam. İlk dəfə karyeramdan bu dərəcədə həzz alıram".
