8 noyabr 2016 14:40
Rəşad Sadıqov Şimali İrlandiyaya qarşı oynamaya bilər
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyununu buraxa bilər. Azerisport.a xəbər verir ki, millimizin bu gün baş tutan səhər məşqində "Qarabağ"ın təcrübəli müdafiəçisi əvvəlki zədəsini ağırlaşdırıb.
Bu üzdən də böyük ehtimalla, Sadıqov Belfastdakı qarşılaşmada meydana çıxmayacaq. Amma buna baxmayaraq, məşqçilər korpusu onu da Şimali İrlandiyaya aparmağa qərar veriblər.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-də keçiriləcək.
