AFFA Rəvanın futbolçusuna 4 oyunluq cəza kəsdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Energetik” - “Rəvan” matçının 59-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Eltun Xudadatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Elnur Abdulov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.
“Səbail” - “Şahdağ” matçının 65-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Habil Nurəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
