8 noyabr 2016 13:30
Dəniz Yılmaz Bakıya gəlmədi
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Şimali İrlandiya ilə oyun üçün bu gün Belfasta yollanır. Azerisport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi futbolçulardan biri hələ də millimizin düşərgəsinə qoşulmayıb.
Bu, Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmazdır. O, şəxsi işləri ilə əlaqədar komandamıza Belfastda qoşulacağını deyib. Əldə etdiyimiz məlumata görə, türkiyəli futbolçu millimizin düşərgəsinə sabah qoşulacaq.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-də keçiriləcək.
