8 noyabr 2016 13:00
İnter yoxlama oyunu üçün rəqib tapdı
"İnter" milli komandaların oyunların ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən maksimum istifadə edərək, yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu "Sumqayıt"la üz-üzə gələcək.
Bu oyun noyabrın 13-də "İnter Arena"da keçiriləcək.
Qeyd edək ki, "İnter" TPL-in 12-ci turunda noyabrın 20-də AZAL-la qarşılaşacaq.
