8 noyabr 2016 12:30

“Maşallah Əhmədov bizi aldatdığına görə oğlumu həbs etdilər”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Salyan Hüseynov bildirib ki, M.Əhmədov onu aldadıb:

"Maşallahı 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, bu barədə ona dedim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah mənə pulun onda qalmasını istədi. Sonra Maşallahdan xəbər çıxmadı. Bankdan bizə bildirdilər ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Sonra oğlumu kreditə görə həbs etdilər. Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat da verdi. Maşallah daş satıb bu pulları versə də, hazırda onun mənə 3000 manat borcu var".

M.Əhmədov isə şahidin yalan danışdığını deyib: "Mən 5 min 83 manat ona pul ödədim. Daşları da onlar satdı".

Prosesdə ifadə verən şahid Taryel Məmmədov isə bildirib ki, daşlar əvvəl onun çalışdığı sexə yığılıb: "Maşallah, Yusif müəlllim, Fəqan və digər bir nəfər sexə gəldilr. Daşlar sexdə yığılmışdı. Daha sonra Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər".

Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib. Trend

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.