Şimali İrlandiya - Azərbaycan matçı fransalı hakimə tapşırıldı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Fransadan olan hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanın baş hakimi Kleman Turpen olacaq. Ona yan xətt hakimləri Nikolas Danosla Siril Qrinqor kömək edəcək. Dördüncü hakim funksiyasını is Frank Şnayder yerinə yetirəcək.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-də Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Turpenin Şimali İrlandiya yığması üçün tanış hakim olduğunu da qeyd edək. Onun AÇ-2016-da idarə etdiyi Şimali İrlandiya - Almaniya oyunu ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
