8 noyabr 2016 00:30
Qarabağın müdafiəçisi İsraillə oyuna çağırıldı
Futbol üzrə Albaniya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsrailə qarşı oyun üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Covanni De Byazi 27 futbolçuya dəvət göndərib.
Onlardan biri də "Qarabağ"ın müdafiəçisi Ansi Aqollidir. Ağdam klubunun üzvü noyabrın 12-də doğma meydanda keçirəcəkləri oyunda İsrailə qarşı forma geyinə bilər.
