7 noyabr 2016 19:20
Şimali İrlandiya millimizlə oyun öncəsi daha bir itki ilə üzləşdi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Şimali İrlandiya daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, müdafiəçi Stüart Dallas millimizlə oyunu buraxmalı olacaq.
İngiltərənin "Lids Yunayted" klubunun futbolçusu oktyabrdan bəri zədə səbəbindən oynamayıb. Baş məşqçi buna baxmayaraq, onu millinin heyətinə dəvət edib. Amma bu futbolçunun meydana çıxması heç də inandırıcı görünmür.
Qeyd edək ki, daha öncə Ceymi Uordun millimizlə oyunu buraxacağı dəqiqləşmişdi. Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-də "Uindzor Park"da keçiriləcək və saat 23:45-də start götürəcək.
