7 noyabr 2016 17:30
Nurlan Novruzov: Qarabağın yorğun olmasından yararlana bilmədik
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
"Qarabağ"ın səhvlərindən istifadə etmək istəyirdik. Ağdamlılar Yunanıstandan yorğun qayıtmışdılar. Amma biz bundan yararlana bilmədik. Əksinə, onlar bizim səhvlərimizdən yararlanıb iki qol vurdular. Artıq bu oyun geridə qalıb. Qarşıda "Qəbələ" ilə görüş var. Bu komanda avrokuboklara vəsiqə qazanmaq yolunda bizim əsas rəqibimizdir".
