Migel Lorenso: Zirə bu tempdə davam etsə...
"Zirə"nin portuqaliyalı müdafiəçisi Migel Lorenso Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yaxşı oyun alındı. Birinci hissəni uğurlu keçirdik. İki gözəl qol şansımız oldu. Amma biz fərqlənə bilmədik, rəqib isə şanslarından yaxşı yararlandı. Onlar məhz bizim yol verdiyimiz səhvlər nəticəsində qapımıza qollar vurdular".
24 yaşlı futbolçu məğlubiyyətin səbəbini belə izah edib: "Buraxdığımız iki səhv məğlubiyyətimizlə nəticələndi. Belə komandalarla oyunlarda çox ehtiuatlı olmaq lazımdır".
"Açıq danışmaq lazımdır, ikinci hissədə komandamızda yorğunluq da var idi. Ağdam klubu da bütün bunlardan maksimum yararlandı. "Qarabağ"la oyunlarda ələ düşən hər şansı dəyərləndirə bimirsənsə, məğlubiyyət qaçılmaz olacaq. Bizim də məğlubiyyətimizin səbəbləri dediyim məqamlardır".
Bu, "Zirə"nin "Qarabağ"a qarşı keçirdiyi altıncı oyunda beşinci məğlubiyyəti idi. Migel bu rəqib üzərində heç vaxt qələbə qazana bilməmələrinə belə münasibət bildirib: "Bu rəqibə qalib gəlməyimiz üçün daha nə lazımdır? Son nəticələrimiz göstərir ki, "Zirə" hazırda yaxşı sürət yığıb. Çalışırq, üzərimizdə işləyirik. Bu tempdə davam etsək, "Qarabağ"ı məğlub edəcəyimiz gün də çatacaq".
