Kəpəzin futbolçuları Sumqayıt ilə oyun haqda
Qalibin müəyyənləşmədiyi “Kəpəz” – “Sumqayıt” oyununun nəticəsinə uyğun olaraq xalının üstünə bir xal gətirən Gəncə klubu turnir cədvəlində mövqeyini qorudu. Azerisport.az xəbər verri ki, “sarı-göylər” hazırda 12 xalla Premyer Liqada 5-ci pillədə yer alıb.
Komandanın futbolçuları bu oyunla bağlı klub saytına açıqlama veriblər:
Azad Kərimov: “Oyun çətin keçdi. Meydançanın vəziyyəti ideal olmasa da, şərait hər iki komanda üçün eyni idi. Azlıqda qaldıqdan sonra da mübarizəmizi davam etdirdik, təslim olmadıq, vuruşduq. Bizə qələbə lazım idi. Buna da şükür. Bir xal da pis deyil. “Qarabağ”la oyuna ciddi hazırlaşıb yaxşı nəticə əldə etməyə çalışacağıq. Məşqçilər korpusu mənə əsas heyətdə oynamaq üçün yer verib, fikrimcə, özümü pis göstərmirəm. Belə çıxış etməyə çalışacağam”.
Şəhriyar Rəhimov: “Bizim “Zirə”yə acı məğlubiyyətimizdə qırmızı vərəqə oyunumuza təsir etmişdi. Əfsuslar olsun ki, yenə azlıqda qalmağımız planlarımızı pozdu. Halbuki oyuna 3 xal üçün çıxmışdıq. Gəncədə, öz azarkeşlərimizin önündə oynadığımdan qələbə qazanmağa məcbur idik. Birinci hissədə pis təsir bağışlamadıq. 2-3 qol vəziyyətimiz oldu. Azlıqda qaldıqdan sonra bir az üstünlük rəqibin tərəfinə keçdi. Bu da normal bir şeydir, say üstünlüyü onların xeyrinə idi. Məncə, heç-heçə hardasa ədalətli nəticə idi”.
Tural Nərimanov: “Oyundan öncə də bilirdik ki, çətin, ağır qarşılaşma olacaq. Matçın gedişi gözləntilərimizi ortaya qoydu. Əlbəttdə ki, evdə oynadığımızdan məqsədimiz qələbə qazanmaq idi. Həm xal ehtiyatını artırmaq, həm də azarkeşləri sevindirmək istədiyi ilə meydana çıxmışdıq. Amma alınmadı. İkinci hissədə komanda yoldaşımızın qırmızı vərəqə alması işimiz çətinləşdirdi. Bundan sonra çalışdıq ki, heç olmasa qapımızdan qol buraxmayaq. Bunun da öhdəsindən gəldik. Qarşıdakı oyunlara ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.
