7 noyabr 2016 12:15

Qurban Qurbanovlu 200-cü qələbə

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb. Azerispot.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının 11-ci turunun “Zirə” ilə qarşılaşmasına təsadüf edib.

200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi postundakı 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib.

200 qələbədən 151-ci Premyer Liqa çərçivəsində əldə olunub. 10-cu turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, bu dəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.

“Qarabağ”ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu postdakı debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da “Qarabağ” səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.