7 noyabr 2016 12:00

Əfran İsmayılov: Millinin uğurlarında əsas pay sahibi Robert Prosineçkidir

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- "Zirə" çətin rəqibdir. Çətin olacağını bilirdik. Biz həmişə bu rəqibə qarşı ciddi hazırlaşırıq. Maraqlı oyun alındı. Şadam ki, sonda qələbə qazana bildik. Artıq bu oyunu unutmalı və yığmamızın oyununa hazırlaşmalıyıq. Şimali İrlandiya ilə vacib oyunumuz var.

- "Qəbələ"nin bu turda xal itirməsini gözləyirdiniz?
- Onlardan geri qalırdıq. Bu komandanın xal itirməsi bizim üçün vacib idi. Amma təbii ki, bizim üçün rəqiblərimizin necə oynamasından daha önəmli olan öz çıxışımız, nəticələrimizdir.

- Bu, nəyisə dəyişir?
- Hələ mövsümün sonuna çox var. Çempionluqdan danışmaq tezdir. "Qəbələ" ilə də hələ üç oyunumuz olacaq.

- Bəs Şimali İrlandiya ilə oyundan nə gözləyək?
- Bu seçmə mərhələyə daha yaxşı başlamışıq. Bu nəticələr bizim üçün göstərici deyil. Bu uğurda əss pay sahibi Robert Prosineçkidir. O, komandamızda yeni atmosfer, oyun stili yaradıb. Asan səfər olmayacaq. Amma müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bizi minimum heç-heçə qane edəcək.

- Yığmamıza yeni dəvət alan Dəniz Yılmaz barədə nə düşünürsünüz?
- Dəniz bacarıqlı futbolçudur. Əks halda Türkiyə çempionatının liderlər qrupunda qərarlaşan "Bursaspor"un əsas heyətində oynamazdı. Komandamıza kimin gəlməsindən asılı olmayaraq, əsas milliyə faydalı olmaqdır. Ümid edirəm ki, o da yığmamıza qarşıdakı kömək edə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.