7 noyabr 2016 11:30
Dəniz Yılmaz: Azərbaycan millisi üçün əlimdən gələni edəcəyəm
İlk dəfə Azərbaycan yığmasına dəvət alan Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmaz bununla bağlı təəssüratlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oynamaq şansı qazanan türkiyəli futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Türkiyə yığma komandasında oynamaq nəsib olmadı. Artıq yeni bir həyəcana başlayıram. Türkiyə millisi kimi 100 faizlik bir həyəcan hiss etmirəm. Ancaq çox sevinirəm. Yeni bir atmosferə girirəm. Çok xoşbəxtəm. Həyəcanla gözləyirəm. Türkiyə millisi nəsib olmadı. Artıq Azərbaycana köklənirəm. Əlimdən gələni edəcəyəm. Sona qədər mübarizə aparacağam. Ümid edirəm ki, dünya çempionatına qatılacağıq".
