7 noyabr 2016 11:00
Emin Nurili Kalmar İsveç çempionatını 6-cı pillədə başa vurdu
Futbol üzrə İsveç çempionatında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da son matçına çıxıb.
Sözügedən klub səfərdə 2-ci pillədə qərarlaşan AİK ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:3.
Emin bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
"Kalmar" topladığı 44 xalla mövsümü 16 klub arasında 6-cı pillədə başa vurub.
