7 noyabr 2016 10:00
Ufuk Budak oynamadı, komandası xal itirdi
Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Osmanlıspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ufuk bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kayserispor" 10 turdan sonra 9 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
