Qarabağın rəqiblərindən bir məğlubiyyət, iki heç-heçə
Futbol üzrə İtaliya, Yunanıstan və Çexiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Fiorentina", PAOK və "Slovan" da növbəti matçlarına çıxıb.
"Fiorentina" İtaliya birinciliyinin 12-ci turunda "Sampdoriya" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi doğma meydanda baş tutan görüşdə xal itkisi ilə üzləşib - 1:1. Florensiyalılar 17 xalla 20 komanda arasında 8-ci pillədə qərarlaşıb.
PAOK Yunanıstan çempionatının 10-cu turunda səfərdə "Panionios"la qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:1. Bu komanda 11 xalla 16 klub arasında 7-ci yerdə gedir.
"Slovan" isə Çexiya çempionatının 13-cü turunda doğma meydanda Praqa "Sparta"sı ilə üz-üzə gəlib. "Qarabağ"ın rəqibi bu oyundan qolsuz heç-heçəyə razılaşıb. "Slovan" 14 xalla 16 iştirakçı arasında 9-cu sıradadır.
