Elvin Yunuszadə: Topun qapıya getdiyinə əmin olsaydım, ona toxunmazdım
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə" üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
"Zirə" ilə oyunun çətin keçəcəyini bilirdik. Buna baxmayaraq, 3 xal qazanmağı bacardıq. Vacib qələbədir. Qələbə sayəsində "Qəbələ" ilə xallarımızı bərabərləşdirdik. İkinci qola gəlincə, topun qapıya getdiyini düşünə bilməzdim. Bunu yalnız epizodun təkrarını izləyərkən gördüm. Amma mənə elə gəlir ki, top həmin anda qapıya girməyə də bilərdi. Təsəvvür edin ki, mən topa toxuna bilmirdim və qapıya da girmirdi. Onda da deyəcəkdilər ki, boşa qapıya düşə bilmədim. Reynaldonun zərbəsindən sonra topun qapıya getdiyinə əmin olsaydm, ona toxunmazdım. Amma ilk qolumu vurduğuma görə şadam".
