7 noyabr 2016 00:20
Prosineçki yığmamızı təlim-məşq toplanışına start verdi
Futbol üzrə Azərbaycan yığması təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 11-ci turunun oyunları başa çatan kimi, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi futbolçular millimizin düşərgəsinə yığışıblar.
Qeyd edək ki, milli komandamızı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə oyun gözləyir. Komandamızın Belfastdakı oyununa 10 klubdan 25 futbolçu dəvət olunub.
