6 noyabr 2016 20:00

Rahid Əmirquliyev: Bu gedişlə çempionluğa son turda aydınlıq gələcək

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:

- Üç gün əvvəl Avropa Liqasında oyunumuz olmuşdu. Ondan öncə AZAL-la süni örtüklü meydanda oynamışdıq. Bir qədər yorğunluq olduğundan, çətin idi. Buna baxmayaraq, ikinci hissədə öz oyunumuzu tapdıq və iki qol vurub qalib gəldik.

- Dörd tur əvvəl "Qarabağ" "Qəbələ"dən 6 xal geri qalırdı. Amma indi xallarınız bərabərdir. Rəqibə belə tez çatacağınızı gözləyirdiniz?
- Gözləmirdik. Amma digər tərəfdən hər şey aydındır. Bütün oyunlar çətin keçir. Hər komanda xal itirə bilər. Bu gedişlə çempionun taleyinə son tura kimi aydınlıq gəlməyəcək.

- Bu mübarizə elə "Qarabağ"la "Qəbələ" arasında gedəcək?
- "İnter" də mövsümə yaxşı başlayıb. Son turlarda bir qədər xal itkisi ilə üzləşsələr də, inanıram ki, mübarizəyə qoşulacaqlar.

- Belə görünür ki, millinin düşərgəsinə yorğun yollanacaqsınız...
- Şimali İrlandiya ilə oyuna kimi xeyli vaxt var. Həmin vaxta kimi hazır olarıq.

- Azarkeşləri daha bir uğurlu nəticə ilə sevindirə biləcəksiniz?
- Şimali İrlandiya ilə oyun çətin olacaq. Amma ən azından heç-heçəyə ümid etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.