6 noyabr 2016 19:45
Adil Şükürov: Oyundan sonra futbolçularıma təşəkkürümü bildirdim
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki o, bunları söyləyib:
"Bu gün iki səhvə yol verdik. Bunun da nəticəsində qapımızda qollar gördük. Belə rəqiblərlə oyunlarda hər səhv matçın taleyinin həll olunması ilə nəticələnir. Oyundan sonra futbolçularıma təşəkkürümü bildirdim. Oyunumuzu inkişaf etdirmək barədə düşünürük. Hücumdakı problemləri yoluna qoymaq üçün üzərimizdə daha çox çalışmalıyıq".
