6 noyabr 2016 19:30

Qurban Qurbanov: Rəqiblərin xalını saymaq lazım deyil

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o,öncə bunları söyləyib:

"Oyunçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra bu matça köklənmək çətin idi. Futbolçularımıza çətin olsa da, bacardılar. "Zirə" də məğlubiyyətə layiq deyildi. Amma bizim üçün qələbə qazanmaq vacib idi. Vacib xallar qazandıq".

Qurbanov qazonun vəziyyətindən və əvəzetmələrdən də danışıb: "Bu gün süni örtüklü meydanda oynayırdıq. Amma qazonun vəziyyəti o qədər də pis deyildi. Belə oyunlarda böyük stress olur. Təbii ot örtüyündə oynasaydıq, daha keyfiyyətli oyun sərgiləyərdik. Əvəzetmələrə gəlincə, bəzisi etimadı doğruldur, bəzisi yox. Birinci hissədə top saxlamaqda problemlərimiz var idi. İkinci yarıda isə belə problemimiz olmadı".

"Rəşad Sadıqovun adını bu matçın iştirak ərizəsinə daxil etmək istəmədim. Çünki o, zədədən yenicə özünə gəlib. Bu gün belə bir meydanda onu meydana buraxmaqla riskə yol vermək istəmədik".

Qurbanov lider "Qəbələ"nin xal itkisindən də söz açıb: "Rəqiblərimizin oyunları barədə öz oyunumuz olan gün maraqlanmırıq. Çünki bu, çıxışımıza təsir edə bilər. Bizim üçün əsas öz oyunlarımızdır".

"Qarabağ" beşinci dəfə qalib gəldiyi "Zirə" ilə oyunarda cəmi bir dəfə xal itirib: "Zirə"nin bizim üçün asan rəqib olduğunu demək olmaz. Onlara yalnız iki dəfə asanlıqla qalib gəlmişik. Turnir cədvəlində birinci olmaq istəyiriksə, qələbə qazanmalıyıq. "Zirə" bu gün xoşuma gəldi. Belə oynamağa davam etsələr, mütləq uğurlu nəticələr qazanacaqlar".

"Qarabağ"ın çalışdırıcısı çempionluq uğrunda mübarizədən də danışıb: "Hələ bu barədə danışmaq tezdir. Rəqiblərin xalını saymaq lazım deyil. Düşünmürəm ki, qızıl medallar uğrunda mübarizə "Qəəblə" ilə bizim aramızda olacaq. "Qəbələ"yə Avropa Liqasında uğur qazanmaq üçün məsləhət göstərməyimizə ehtiyac yoxdur. Roman Qriqorçukun məndən də çox təcrübəsi var. Lazım gəlsə, mən ondan məsləhət almağı xahiş edərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.