6 noyabr 2016 14:30
Qriqorçuk yenə qovuldu
Hazırda davam edən Topaz Premyer Liqasının 11-ci turunun AZAL – “Qəbələ” matçında meydan sahiblərinin futbolçularından biri rəqib oyunçu Filip Ozobiçə qarşı kobud oynayıb. Azerisport.az xəbər verir ki, bundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk hakim İnqilab Məmmədovdan Mirzəyevə qırmızı vərəqə göstərilməsini tələb edib.
Lakin referi sarı vərəqəylə kifayətlənib. Bu isə ukraynalı mütəxəssisin narazılığına səbəb olub. İki dəqiqə sonra Qriqorçukun qeyri-etik ifadələr işlətməsini əsas gətirən hakim ukraynalı məşqçini tribunaya göndərib.
