6 noyabr 2016 11:00

Ruslan Abışov: Hakimin belə səhvləri ucbatından uduzmaq çox üzücüdür

"İnter"in müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Bu mövsüm məğlubiyyət tanımayan "İnter" necə oldu ki, tarixinin ən pis günlərini yaşayan "Neftçi"yə uduzdu?
- Çətindi demək. Oyuna elə də yaxşı başlamadıq. Amma sonra özümüzə gəldik, mübarizə apardıq. Daha tez qol vura bilsəydik, hər şey fərqli ola bilərdi.

- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Oyundan sonra həmin epizoda baxdım. Fikrimcə, hakim səhvə yol verdi. "İnter"in oyunçusu qayda pozuntusuna cərimə meydançasından iki metr aralıda yol verib.

- Bu, narazı qaldığınız yeganə məqamdır?
- Birinci qolda da İmamverdiyev oyundankənar vəziyyətdə idi. Amma bizim 3 xalımızı kim geri qaytaracaq ki? Mövsümün əvvəlindən bəri ilk dəfə deyil ki, qapımıza belə penalti təyin edirlər. "Kəpəz"lə oyunda da heç nədən qapımıza penalti verilmişdi.

- Hakimin qərarını nəticəyə təsir edən səhv sayırsınız?
- 100%. Hakim hər iki qolda kobud səhv edirsə, burada başqa nədən danışmaq olar ki?

- "İnter" matçın sonunda inamlı təsir bağışlasa da, məğlubiyyətdən qaça bilmədiniz...
- Taktiki dəyişikliyə əl atdıq. 4-4-2-yə keçəndən sonra oyunun sonunu hücumda keçirdik. Qolu çox gec vurduq. Əks halda ən azından heç-heçə edə bilərdik. Artıq hər şey geridə qaldı. İndi bunlar barədə danışmaq mənasızdır.

- Oyundan sonra paltardəyişmə otağında böyük səs-küy vardı...
- Uğursuz oyundan sonra futbolçular aqressiv olurlar. Hər şey normaldır. Hakimin belə səhvləri ucbatından uduzmaq çox üzücüdür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.