6 noyabr 2016 02:25
Kamran Ağayev oynadı, Boavişta səfərdə qələbə qazandı
Futbol üzrə Portuqaliya çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Rio Ave" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Kamran yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə də alıb. Eminin adı isə bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
