6 noyabr 2016 01:15
Cəfərov oynamadı, komandası qalib gəldi
Futbol üzrə Xorvatiya ikinci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Zaqreb"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 22 xalla 12 klub arasında 4-cü pillədə qərarlaşıb.
