6 noyabr 2016 01:00
Ramaldanovun komandası yenə uduzdu
Futbol üzrə Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.
Poti təmsilçisi doğma meydanda "Samtrediya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da məğlubiyyətlə ayrılıb - 1:3.
Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 11 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.
