6 noyabr 2016 00:45

Araz Abdullayev: İnterə daha böyük hesabla qalib gələ bilərdik

“Neftçi”nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının 11-ci turunda “Neftçi” üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Cari mövsümdə məğlubiyyət tanımayan bir komandaya qalib gələcəyinizi gözləyirdiniz?
- Doğma meydanda oynayırdıq, ardıcıl məğlubiyyətlərdən sonra qələbəyə köklənmişdik. Komandamız çox yaxşı mübarizə apardı. Rəqib də güclü oynadı. Biz qələbəni daha çox istəyirdik. “İnter”in də qol epizodları oldu. Lakin biz əlimizə düşən şanslardan daha yaxşı yaralandıq.

- 90 dəqiqə ərzində azarkeşlərin sizi təhqir etdiyini nəzərə alsaq, özünüzü necə hiss etdiniz?
- Fərqi yoxdur, oyuna çıxıramsa, çalışıram komandaya faydalı olum. Belə şeylərə fikir vermirəm. İstərdim ki, gələcəkdə belə şeylər olmasın. İstər-istəməz adama təsir edir.

- Mübahisəli penalti epizoduna baxmısınız? Təkrarda qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyi aşkar görünür...
- Xeyr, epizodu izləməmişəm. Penaltidən sonra da imkanlarımız oldu. Onları da vursaydıq, hesab böyük olardı.

- Bilsəydiniz ki, orada penalti yoxdur, topu kənara vurardınız?
- Bir epizodda hakimin bizim lehimizə qayda pozuntusu qeydə aldığını gördük, həmin epizodda Mahir Şükürov topu rəqibə qaytardı. Penalti zamanı da ədalətsiz qərar qəbul olunduğunu bilsəydim, topu kənara vurardım.

- Əvəzlənən zaman kapitan sarğısını niyə Mahir Şükürova verdiniz? Axı, Cavidin vitse-kapitan olduğunu bilirdiniz...
- Çox yorğun idim, yanımda da Mahir vardı. Ona görə verdim, başqa bir şey yoxdur.

- Necə düşünürsünüz, bu qələbə “Neftçi”nin küskün azarkeşlərinin stadiona gəlməsinə kömək edəcək?
- Ümid edirəm. Çalışırıq ki, yaxşı olsun. Bilirsiniz ki, heyətlə bağlı problemlər var. Amma bu heyətlə mümkün qədər çox xal toplamaq istəyirik. Qışda komandamız daha da güclü olacaq.

- Əksər oyunlardan sonra miks-zonaya gəlmirisiniz. Bu, nə ilə bağlıdır?
- Uduzmağı sevmirəm. Sizinlə heç bir problemim yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.