6 noyabr 2016 00:30
Eddi oynamadı, komandası qalib gəldi
Futbol üzrə İspaniya ikinci liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Hueska" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
İsrafilovun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Kadis" 13 turdan sonra 17 xalla 22 klub arasında 11-ci pillədə qərarlaşıb.
