6 noyabr 2016 00:15
Məsimovsuz Domjale 5 qola sevindi
Futbol üzrə Sloveniya çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çelye" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.
Samirin adı əvvəlki 15 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 15 turdan sonra 29 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
