6 noyabr 2016 00:00
Eratın yoxluğunda Duysburq yenə xal itirdi
Almaniya üçüncü Bundesliqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Halleşer"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Eratın adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 13 turdan sonra 25 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
