5 noyabr 2016 23:50
Budaq Nəsirov oynadı, Sportinq qalib gəldi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Santa Klara" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Matça start heyətdə başlayan Nəsirov 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 18 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.
