5 noyabr 2016 23:00
Şeydayev Beşiktaşa qarşı oynamadı, komandası uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə "Beşiktaş"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Ramilin adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 10 turdan sonra 11 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
