5 noyabr 2016 20:20

Mahir Şükürov: Kapitan olmaq istəmirəm

"Neftçi"nin müdafiəçisi Mahir Şükürov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin olacağını bilirdik. "İnter" çempionluğa oynayır. Neçə oyun idi uduzurduq. Rəqibi yaxşı analiz etmişdik. Gördüyünüz kimi, istəyimizə çata bildik.

- Mübahisəli penalti epizodu barədə nə deyə bilərsiniz?
- Mən arxada idim. Öncə elə bildim ki, müdafiəçi ayağa oynayıb, amma sonradan əllə oyun olduğunu anladım. Hakim epizoda yaxın idi. Oyundan sonra lazım olan qərarlar veriləcək. Yəqin ki, heç nədən penalti verməzlər. Bir halda ki, nöqtəni göstərib, deməli, qayda pozuntusu var imiş.

- Kapitanlıq sarğısı sizə təqdim olunanda niyə qəbul etmədiniz?
- Mən kapitan olmaq istəmirəm. Yaxşısı budu sarğını uşaqlar özləri daşısınlar.

- Amma oyun zamanı komandaya göstərişləri siz verirdiniz...
- Komandada ən qocaman, təcrübəli futbolçu mənəm. Artıq karyeramın sonundayam. Amma bu uşaqların karyerası hələ qarşıdadır.

- Beş legioner futbolçunun əvəzedici heyətə göndərilməsi komandaya müsbət təsir edib?
- Baş məşqçi hər şeyi düzgün edir. Qoy öz uşaqlarımız oynasın.

- Uzun fasilədən sonra futbol oynamaq çətin deyil?
- Hər şey yaxşıdır. Bir az artıq çəkim var idi. Amma hiss edirəm ki, artıq həmin çəkini atmışam.

- "Neftçi" qələbə qazanmağa davam edə biləcək?
- Mənim meydana çıxmağım uşaqlar üçün bir stimul oldu. Komandada meydanda danışan futbolçu yox idi. Amma artıq mən buradayam və uşaqlar inamlı oynayırdılar. Bu tempdə davam etməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.