5 noyabr 2016 19:10
Zaur Svanadzedən feyr-pley tələbi
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bizim oyunumuza heç nə olmayıb, sadəcə, onu "sındırdılar". Biz həmişə "feyr-pley"ə əməl edirik. Qoy bizə də qarşı elə oynasınlar. Uşaqlar həmin epizoda daha yaxın idilər, mən bir qədər uzaqda idim. Nizami Hacıyev komandanı meydandan çıxarmaq hədəsini səsləndirib? Bunu bilmirdim. Özüylə söhbət edəndən sonra biləcəyəm". (CBC)
