5 noyabr 2016 19:00
İnterin kapitanı baş hakimi komandasını meydandan çıxarmaqla hədələdi
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "İnter" oyununda qonaqların kapitanı Nizami Hacıyev komandanı meydandan çıxarmaq istəyib. Azerisport.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin kobud səhvlərə yol verməsindən qəzəblənən qonaqların təcrübəli futbolçusu növbəti belə səhvə yol verəcəyi halda onu komandasını meydandan çıxarmaqla hədələyib.
Qeyd edək ki, Həmzəzasə xüsusilə "Neftçi"nin ikinci qolu zamanı olmayan penalti təyin edib. Zurab Xizanişvili topa əllə cərimə meydançasından kənarda toxunsa da, baş hakim penalti nöqtəsini göstərib və meydan sahibləri bu hədiyyədən maksimum yararlanıblar.
