5 noyabr 2016 16:45
Şahin Diniyev: Beş futbolçunun yoxluğu oyunumuza təsir etdi
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu oyuna itkilərlə çıxmışdıq. Bunun nəticəsi kimi komandaya əvəzedici heyətdən beş futbolçu cəlb etmişdik. Gördüyünüz kimi, bu görüşdə öz oyunumuzu heç cür tapa bilmədik. Beş futbolçunun yoxluğu təsirini göstərdi. Bütün bunları nəzərə alsaq, bir xal da pis nəticə deyil. Fikrimcə, "Qarabağ"a qarşı keçirəcəyimiz növbəti oyunda zədəlilərimiz sıraya dönəcəklər və daha yaxşı oynamağı bacaracağıq". (CBC)
