Pavol Farkaş: Qəbələnin bəxti püşkatma zamanı gətirmədi
"Qəbələ"nin sabiq müdafiəçisi Pavol Farkaş bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə ev oyununda 1:2 hesablı məğlubiyyətlə üzləşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" hesab 1:0 olarkən ikinci qolu da vursaydı, hər şey daha yaxşı başa çata bilərdi. Amma təəssüf ki, yenə uduzdular. Halbuki, qələbə həm də qrupdan çıxmaq şanslarını saxlayacaqdı. Artıq hər şey geridə qalıb. İstənilən halda bu klubun ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində oynaması böyük təcrübədir. Dörd ardıcıl məğlubiyyətə baxmayaraq, komanda yaxşı oynayıb. Sadəcə, "Qəbələ"nin püşkatma bəxti heç gətirmədi. Belə güclü rəqiblərə qarşı sərgilədiyi oyuna görə komandanı ancaq təbrik etmək olar".
