5 noyabr 2016 12:00

Əfran İsmayılov: PAOK 90 dəqiqə o tempdə oynaya bilməzdi

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları səfər qələbəsindən (1:0) sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oldu. Birinci hissədən sonra yorulacağımızı düşünürdüm. Çünki temp həddən artıq yüksək idi. Oyunu müdafiədən qurub əks-hücumlara bel bağlamışdıq. Şadam ki, istədiyimizə nail olduq, vacib qələbə qazandıq. Artıq bu oyunu unutmağımız lazımdır. Qarşıda daha iki vacib qarşılaşma var. Arxayınlaşmaq olmaz.

- Demək olar ki, bu oyunda erkən qol buraxmamağınız həlledici oldu?
- Bəli. Qurban Qurbanov da bizə bu barədə öz tapşırıqlarını vermişdi, xəbərdarlıq etmişdi ki, ilk dəqiqələrdə rəqibin güclü təzyiqinə davam gətirmək önəmlidir. Bunu bacardıq, ikinci hissədə isə qol vurub, qalib gəldik.

- Baş məşqçiniz fasilədə sizə nə dedi ki, ikinci yarıda komanda daha fəal oynamağa başladı?
- Dedi ki, PAOK yorula bilər. Çünki heç bir komanda 90 dəqiqə o tempdə oynaya bilməz. Elə də oldu. Amma ikinci hissənin də ilk 15 dəqiqəsi asan deyildi.

- Qrupdan çıxmaq şanslarınız barədə indi nə deyə bilərsiniz?
- Vacib qələbə qazandıq. Heç-heçə də bizi qane edəcəkdi. Növbəti oyunlara hazırlaşmalıyıq. Uğurun davamını gətirmək lazımdır.
 
- Qoldan sonra "Qarabağ" bir neçə şansı qaçırdı. Həmin anda rəqibin hesabı bərabərləşdirəcəyindən qorxmadınız?
- Bu barədə düşüncələr olurdu. Amma müdafiə xəttimiz bu oyunda çox yaxşı çıxış etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.