5 noyabr 2016 11:00
Əzizov oynadı, komandası qalib gəldi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Valveyk"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Ziya bu görüşün 79-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Den Boş" 13 turdan sonra 17 xalla 20 komanda arasında 14-cüdür.
