5 noyabr 2016 01:20
Dadaşovun qolu komandasına qələbə qazandırdı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Viktoriya 1889 Berlin"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. Komandasına qələbə qazandıran qola da 31-ci dəqiqədə məhz Rüfət imza atıb.
Qeyd edək ki, 13 turdan sonra "Moyzelvits" 12 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.
