5 noyabr 2016 01:10
Dmitri Nazarov oynamadı, komandası uduzdu
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Nürnberq"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan da məğlubiyyətlə ayrılıb - 1:2.
Nazarovun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ersgebirge" 12 turdan sonra 10 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
