5 noyabr 2016 01:00
Paşayev oynadı, Stal səfərdə qalib gəldi
Futbol üzrə Ukrayna çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Volın"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 14 turdan sonra 14 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
